Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “Ulu Öndər Heydər Əliyevin uğurlu neft strategiyası” mövzusunda məşğələ keçirildi
SDU-da “Ulu Öndər Heydər Əliyevin uğurlu neft strategiyası” mövzusunda məşğələ keçirildi
Noyabrın 26-da Sumqayıt Dövlət Universitetində Heydər Əliyev məktəbində “Ulu Öndər Heydər Əliyevin uğurlu neft strategiyası” mövzusunda məşğələ keçirildi.
Universitetin rektoru professor Elxan Hüseynov tədbir iştirakçılarını salamladı, Azərbaycanın neft tarixi, ölkəmizin taleyində neftin yeri və təsiri, Ulu Öndər Heydər Əliyevin neft sənayesinin inkişafında əvəzsiz rolu haqqında ətraflı danışdı. Qeyd etdi ki, Azərbaycan dünyada zəngin təbii sərvətlərə malik ölkələrdən biridir. Ancaq xalqımız bu sərvətlərdən biri olan neftdən yalnız XX əsrin sonralarında – dövlət müstəqilliyini bərpa etdikdən sonra tam bəhrələnmək imkanı əldə edib. Bu imkanı reallığa çevirən isə, Ulu öndər Heydər Əliyev dühasının məhsulu olan yeni neft strategiyası və həmin strategiyanın reallaşdırılması üçün hazırlanmış neft diplomatiyasıdır. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 1994-cü ildə Bakıda “Əsrin müqaviləsi”nin bağlanması Azərbaycanın uğurlu neft strategiyası ölkəmizi regionun lider dövlətinə çevirdi. Beynəlxalq aləmdə “Əsrin müqaviləsi” kimi tanınan bu dünya əhəmiyyətli irimiqyaslı saziş müasir tariximizə qızıl hərflərlə həkk olundu. Bütün çətinliklərə baxmayaraq, “Əsrin müqaviləsi” imzalandı. İlk neft çıxarıldı, onun dünya bazarına axıdılması üçün iki istiqamətdə-Bakı Novorossiysk və Bakı-Supsa neft kəmərləri inşa edildi. Bundan sonra isə Bakı-Tblisi-Ceyhan neft kəməri barədə danışıqlar başlandı. Bu kəmərin baş memarı möhtərəm Heydər Əliyevdir. “Əsrin müqaviləsi” təkcə ölkəmiz üçün deyil, ümumilikdə beynəlxalq aləmlə enerji təhlükəsizliyi sistemi və neft ixracı sahəsində ölkəmizlə uğurlu tərəfdaşlıq edən dövlətlər üçün müstəsna əhəmiyyət kəsb edən bir layihə oldu. Ümumiyyətlə, “Əsrin müqaviləsi” Heydər Əliyevin yeni neft strategiyasının təntənəsi idi. Bu layihə möhtərəm Prezident cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə yeni dövrün tələblərinə uyğun davam etdirilir, dinamik inkişafı, dərin islahatları təmin edərək Azərbaycanı yeni-yeni zirvələrin fəthinə doğru aparır.
Tədbirdə Tarix və coğrafiya fakültəsinin dekanı professor Adil Baxşəliyev “Ulu Öndər Heydər Əliyevin uğurlu neft strategiyası” , Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının müdiri professor Şirxan Səlimov “Əsrin Müqaviləsinin siyasi asperktləri”, Mühəndislik fakültəsinin II kurs tələbəsi Ülkər Abiyeva “Azərbaycanın sosial iqtisadi inkişafında neft amili”, Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının dosenti Elmar Xəlilov “Yeni Əsrin Müqaviləsi Heydər Əliyevin neft strategiyasının davamıdır”, İqtisadiyyat və idarəetmə fakültəsinin İqtisadiyyat kafedrasının baş müəllimi Səadət Hümbətəliyeva “Azərbaycan iqtisadiyyatında neft müqavilələri” mövzusunda çıxış edərək Azərbaycanda həyata keçirilən neft strategiyası və bu strategiyanın uğurla davam etdirilməsi nəticəsində iqtisadiyyatın başqa sahələrinin də inkişafından bəhs etdilər. Bildirdilər ki, tarixən neft Azərbaycanın ictimai-siyasi və mədəni həyatında mühüm rol oynayıb. 1994-cü ildə Əsrin Müqaviləsi Heydər Əliyevin neft strategiyasının başlanğıc nöqtəsi oldu. O, neftdən gələn gəlirləri ölkə iqtisadiyyatının inkişafına istiqamətləndirməklə bugünkü Azərbaycanın memarına çevrildi. Bununla da, Heydər Əliyevin müəllifi olduğu neft strategiyası ölkəmizin iqtisadi müstəqilliyini və inkişafını təmin etdi.
 
Mətbuat xidməti
  

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az