Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Prezident İlham Əliyev COVID-19 pandemiyasına qarşı mübarizə çərçivəsində qlobal lider missiyasını uğurla həyata keçirir
Prezident İlham Əliyev COVID-19 pandemiyasına qarşı mübarizə çərçivəsində qlobal lider missiyasını uğurla həyata keçirir
“Bu gün ölkəmiz iqtisadi inkişafı, əhalisinin sosial rifahı və digər sahələrdə əldə etdiyi uğurlara görə dünyanın ən nüfuzlu dövlətlərindən biridir. Azərbaycan dövlətinin siyasətinin əsasında insan amili dayanır. Prezident cənab İlham Əliyevin rəhbərliyi altında koronavirus pandemiyası dövründə atılan addımlar da bunu bir daha təsdiqlədi. 2020-ci ilin aprel ayının 10-da Azərbaycan Prezidentinin təşəbbüsü ilə Türk Şurasının dövlət və hökumət başçıları səviyyəsində görüş, mayın 4-də isə Qoşulmama Hərəkatının Təmas Qrupunun COVID-19 pandemiyasına həsr olunmuş onlayn Zirvə Görüşü təşkil edildi və Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının onlayn Zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifinə dünya ölkələri yekdilliklə razılıq verdi. Bu təşəbbüsə qarşı çıxış edən yeganə dövlət Ermənistan oldu. COVID-19-la bağlı BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsinə nail olunması bir daha göstərdi ki, müstəqil Azərbaycanımız, dövlətçiliyimiz daha da güclənir. Azərbaycanda daxili ictimai-siyasi sabitlik, həmrəylik güclənir, sosial-iqtisadi sahələr inkişaf edir, Ölkəmizin beynəlxalq aləmdə nüfuzu əhəmiyyətli dərəcədə artır. Bütün bunların nəticəsində də ölkəmiz yeni-yeni uğurlar qazanır. Əlbəttə, bu nailiyyətlər xalqımızın, dövlətimizin Heydər Əliyev yolunu böyük inamla davam etdirməsi nəticəsində qazanılır.”
 
Bu fikirləri “İki sahil”ə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, partiyanın Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov deyib.
 
R.Hüseynov qeyd edib ki, hər bir xalqın ən böyük xoşbəxtliyi onun müstəqilliyi, azadlığı ilə bilavasitə bağlıdır: “Prezident İlham Əliyev ölkəyə rəhbərlik etdiyi müddətdə 2003-cü ildə dediyi “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” devizinə sadiq qalmışdır. Bu baxımdan bu gün dünyanın bütün ölkələrində koronavirusla bağlı problemlər yaşanan çətin sınaq dövründə onun göstərdiyi iradə və mətinlik ən yüksək qiymətə layiqdir. Möhtərəm Prezidentimizin yüksək elmi dünyagörüşə, sağlam fikrə, ciddi nəzəri və praktiki analizə, böyük siyasi təcrübəyə, uzaqgörən təfəkkürə əsaslanan preventiv qərarları, xalqımızın sağlamlığının qorunması, təhlükəsizliyinin təmin olunması istiqamətində atdığı innovativ addımlar, qabaqlayıcı tədbirlər artıq öz nəticəsini vermiş, ümumbəşəri bəla olan koronavirus pandemiyası ilə mübarizədə dünyanın inkişaf etmiş dövlətlərinin belə aciz qaldığı vəziyyətdən minimum ziyanlarla çıxmağımızı şərtləndirmişdir.”
 
YAP İdarə Heyətinin üzvü vurğulayıb ki, Azərbaycan 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tarixi qələbəyə imza atdı: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 9-da BMT Baş Assambleyasının 75-ci sessiyasının prezidenti Volkan Bozkırı qəbul edərkən qeyd etdiyi kimi, postmünaqişə dövründə BMT-nin qurumları ilə dövlətimizin sıx əlaqələri davam etdirilir. Dağlıq Qarabağ münaqişəsi Müzəffər Azərbaycan ordusu tərəfindən həll olundu. BMT-nin 30 ilə yaxın kağız üzərində olan qətnamələri yerinə yetirildi. Münaqişə tarixdə qaldı. İndi isə yeni dövr başlayıb - quruculuq dövrü, bərpa dövrü.”
 
R.Hüseynovanın sözlərinə görə, hər gün minlərlə soydaşımız Prezident cənab İlham Əliyevə ünvanladığı minnətdarlıq məktublarında ümumi bəlaya çevrilmiş pandemiyaya qarşı mübarizədə dövlət başçısının qətiyyətinə, tələbkarlığına, peşəkarlığına, humanizminə, xeyirxahlığına, qayğısına və şəfqətinə heyran qaldıqlarına dilə gətirir, öz rəhbərləri ilə fəxr və qurur hissi keçirdiklərini vurğulayırlar: “Bu gün dünyanı cənginə almış koronavirus pandemiyasının qarşısının alınmasında başlıca faktor uğurlu peyvənd olunmanın təşkilidir. Təəssüflər olsun ki, vaksin millətçiliyi, vaksinlərin ədalətsiz bölüşdürülməsi bu gün artıq dünya gündəmini zəbt edən bir məsələdir. Azərbaycan ilk ölkələrdəndir ki, bu məsələni açıb qaldırdı və bu ədalətsizliyi aradan qaldırmağa çalışır. Pandemiya dönəmində 30-dan çox ölkəyə maddi və humanitar yardım göstərmiş və bu fəaliyyəti bu gün də davam etdirmək əzmində olan dövlətimizin buna mənəvi haqqı vardır.”
 
Ramiz Hüseynov,
SDU-nun Humanitar məsələlər üzrə prorektoru,
YAP Sumqayıt şəhər təşkilatının sədri
 
“İki sahil”
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az