Əsas səhifə | Xəbərlər | Hərbi Qənimətlər Parkı Vətən müharibəsi həqiqətlərinin gələcək nəsillərə ötürülməsinə geniş imkanlar açacaq
Hərbi Qənimətlər Parkı Vətən müharibəsi həqiqətlərinin gələcək nəsillərə ötürülməsinə geniş imkanlar açacaq
Müzəffər Ali Baş Komandan İlham Əliyevin aprel ayının 12-də Hərbi Qənimətlər Parkının açılışını etməsi çox mühüm tarixi hadisə idi. Bu, müzəffər ölkə başçısının və onun rəhbərliyi altında Azərbaycan əsgərinin 44 günlük Vətən müharibəsində göstərdiyi misilsiz şücaət və qəhrəmanlığın sayəsində qazanılan tarixi zəfərin nəticələrinin ictimaiyyətə çatdırılması ilə yanaşı, Azərbaycan əsgərinin sarsılmaz və məğlubedilməz olduğunu bütün dünyaya nümayiş etdirməsidir. Bununla yanaşı, böyük iftixar hissi ilə qeyd etmək lazımdır ki, Ali Baş Komandan və onun əmri altında olan məğlubedilməz ordumuz silinməz şərəfli tarix yazır və gələcək nəsillərə şərəfli bir tarix ötürür. Elə bir tarix ki, artıq gələcəyin azərbaycanlı gəncləri öz sələflərinin təcavüzkar və işğalçı erməni rejimi tərəfindən törədilən cinayətlərin, xüsusilə, döyüş bölgəsindən uzaq olan ərazilərimizin ağır artilleriya və qadağan olunmuş raketlərlə vurulması nəticəsində dinc sakinlərin qətlə yetirilməsi və bir çox digər cinayətlərin intiqamını almasının maddi sübutlarının şahidi olacaq və qürur hissi keçirəcəklər. Necə ki, Ulu öndər Heydər Əliyevin illər öncə gənclərin milli ruhda tərbiyələndirilməsi istiqamətində atdığı addımlar və bununla bağlı əsasını qoyduğu böyük bir gənclər hərəkatının nümayəndələri bu gün bizə tarixi qələbə yaşatdırır. İşğalda olan torpaqlarımızı azad etmiş ana vətənə, torpağa möhkəm tellərlə bağlı olan gənc nəsil Ulu öndər məktəbinin və Müzəffər Ali Baş Komandan İlham Əliyev idarəçiliyinin yetirmələridir. İndi tam səmimiyyətlə demək olar ki, Ulu öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycan gəncliyi günümüzün reallığına çevrilib və gənclərimiz Heydər Əliyev siyasi kursu ilə inamla və İlhamla irəliyə doğru addımlayır. Ulu öndərin “Gənclər bizim gələcəyimizdir” kəlamının reallığını bu gün biz artıq görməkdəyik.
Cənab Prezidentin Hərbi Qənimətlər Parkını ziyarəti çərçivəsində etdiyi çıxışında qeyd etdiyi kimi, Azərbaycan hər sahədə inkişaf edərək öz torpaqlarını azad etdi. İnkişaf bizim qələbəmizin əsasıdır. “Əgər iqtisadi inkişaf olmasaydı, əgər bizim iqtisadi müstəqilliyimiz olmasaydı, biz bunu təmin etməsəydik, lazımi dərəcədə lazım olan müasir silahlar əldə edə bilməzdik.”
Xüsusilə vurğulamaq lazımdır ki, dövlətimiz müasir gənclərimizlə bərabər, gələcəkdə yetişəcək gəncləri də düşünüb. Onillik və yüzilliklər keçəcək, gələcəyin azərbaycanlı gəncləri Hərbi Qənimətlər Parkını ziyarət edərkən parkın ərazisində düşməndən qənimət götürülmüş qradları, tankları, topları, hərbi avtomobilləri və digər hərbi texnikaları görüb Azərbaycanın müstəqilliyi və onun ərazi bütövlüyü uğrunda şücaət göstərmiş bu günün əsgərini iftixar hissi ilə anacaqlar. Bu gün olduğu kimi, illər sonra da hər bir gənc Azərbaycanın Milli Ordusunda xidmət etməyi özü üçün ən şərəfli vəzifə hesab edəcək.
Nemət İbayev
SDU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri
 
Nemət İbayev
SDU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az