Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Heydər Əliyev Məktəbi”nin növbəti məşğələsinin qonağı Sumqayıt Dövlət Universitetinin rektoru v.i.e. Əminağa Sadıqov olub
“Heydər Əliyev Məktəbi”nin növbəti məşğələsinin qonağı Sumqayıt Dövlət Universitetinin rektoru v.i.e. Əminağa Sadıqov olub

  Yeni Azərbaycan Partiyasının (YAP) Sumqayıt şəhər təşkilatında “Heydər Əliyev Məktəbi”nin növbəti məşğələsi keçirilib. Tədbirdə YAP İdarə Heyətinin üzvü, YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov və müxtəlif sahələrdə çalışan, eləcə də təhsil alan gənclər iştirak ediblər.Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və Ümummilli Lider Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş Şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.Məşğələnin bu dəfəki qonağı Sumqayıt Dövlət Universitetinin rektoru v.i.e., AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqov olub. O, “Ulu Öndər Heydər Əliyevin Azərbaycan elminə verdiyi töhfələr” mövzusunda geniş məruzə ilə çıxış edib. Qeyd edib ki, Heydər Əliyev elm və təhsili hər zaman dövlət strategiyasının ayrılmaz tərkib hissəsi kimi dəyərləndirib: Elmlər Akademiyasının sürətli inkişafı təmin olunub, elmi-tədqiqat müəssisələrinin maddi-texniki bazası gücləndirilib, fundamental və tətbiqi elmlərin prioritet istiqamətləri formalaşdırılıb, elmi kadrların hazırlanmasına böyük diqqət göstərilib. Qeyd edib ki, Heydər Əliyev Azərbaycan elmini milli inkişafın əsas dayaqlarından biri kimi qiymətləndirirdi. Bu gün Prezident İlham Əliyevin elm siyasəti də həmin strateji xəttin ardıcıl davamıdır və ölkəmizin elmi potensialına yeni dinamika qazandırır. Professor gənclərə müraciət edərək vurğulayıb ki, müasir tədqiqat mühiti və innovasiya ekosistemi Heydər Əliyevin qoyduğu möhkəm elmi-strateji təməllər üzərində inkişaf edir. Gənclərin elmi araşdırmalara marağı, innovativ ideyalarla çıxış etməsi Azərbaycanın intellektual kapitalının güclənməsinə mühüm töhfədir. YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov isə çıxışında bildirib ki, “Heydər Əliyev Məktəbi” Ulu Öndərin dövlətçilik ideyalarının, milli kimlik və vətənpərvərlik dəyərlərinin gənc nəslə ötürülməsi baxımından xüsusi əhəmiyyət kəsb edir:“Bu məktəb yalnız tarixi biliklərin deyil, həm də müasir dövlətçilik düşüncəsinin təbliğ olunduğu ideoloji mərkəzdir. Gənclərin dövlət quruculuğu proseslərində fəal iştirakçılara çevrilməsi məhz Ulu Öndərin müəyyən etdiyi strateji inkişaf xəttinin əsas hədəflərindəndir.” Çıxışlardan sonra gənclərlə interaktiv müzakirə aparılıb. Onlar Azərbaycan elminin inkişaf perspektivləri, innovasiya imkanları, elmin cəmiyyətin tərəqqisində rolu və Heydər Əliyev irsinin müasir dövrdə tətbiqi barədə məlumatlanıblar.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekunlaşıb.

 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994(018) 64 6 15 06
E-Mail: info@sdu.edu.az