Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
 Hörmətli cənab Prezident,
Sumqayıt Dövlət Universitetinin professor-müəllim heyəti və tələbələri adından Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür və ali dövlətçilik fəaliyyətinizdə davamlı uğurlar arzulayıram!
Sizin müdrik, qətiyyətli və uzaqgörən rəhbərliyiniz sayəsində Azərbaycan Respublikası dayanıqlı inkişaf yolu ilə inamla irəliləyir, regionda və beynəlxalq aləmdə nüfuzu getdikcə daha da möhkəmlənir. Xalq-lider-ordu birliyinin təntənəsi kimi tarixi zəfərimizlə nəticələnən müdrik siyasətiniz ölkəmizin şanlı salnaməsinə və xalqımızın yaddaşına qızıl hərflərlə həkk olunmuşdur.
Təhsil və elm sahəsinə göstərdiyiniz xüsusi diqqət, gənclərin intellektual potensialının inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü siyasət ali məktəblərin, o cümlədən Sumqayıt Dövlət Universitetinin fəaliyyəti üçün yeni imkanlar və perspektivlər açmışdır.
Bu əlamətdar gündə Sizə bir daha möhkəm sağlamlıq, tükənməz enerji və Azərbaycan naminə şərəfli fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayıram!
Doğum gününüz mübarək olsun!
Dərin hörmətlə,
Əminağa Sadıqov
Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsini icra edən,
AMEA-nın müxbir üzvü, professor
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994(018) 64 6 15 06
E-Mail: info@sdu.edu.az