Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Sənaye ekologiyası
Sənaye ekologiyası
Sumqayıt Dövlət Universiteti Sənaye ekologiyası Elmi tədqiqat laboratoriyası haqqında
MƏLUMAT
 
 Təhsil Nazirliyinin 10.02.92-ci il 98 nömrəli əmrinə əsasən AZİ ( SDU )-nin 29.04.92-ci il 87/06 saylı əmri.
    SDU-nin elmi-şurasının 28.04.04-cü il 08 saylı protokolunun qərarı əsasında Problem Elmi-Tədqiqat laboratoriyasının adı dəyişdirilmiş Sənaye Ekologiyası Elmi Tədqiqat laboratoriyası olmuşdur. Elmi-tədqiqat laboratoriyasına 2004-2015-ci illərdə  t.e.n. Mehralıyev Əli Çingiz oğlu, 2016-ci ildə a.e.f.d. İbrahimov Əli Həsən oğlu, 2020- ci ildən isə b/m Babayeva Tünzalə Məmməd qızı laboratoriyanın Elmi rəhbəri olmuşdur. Bu illər ərzində Elmi-tədqiqat laboratoriyasında 1 professor, 5 elmlər namizədi fəaliyyət göstərmişdir.
    25.10.2018-ci ildə Sənaye ekologiyası ETL Kimya və biologiya fakültəsinin Ekologiya kafedrasına № R-47/1 saylı əmrə əsasən köçürülmüşdür.
 Hal hazırda isə Ekologiya kafedrasının nəzdində olan Sənaye ekologiyası Elmi tədqiqat laboratoriyasının əməkdaşlarının tərkibi aşağıdakı kimidir.
 
1.    Babayeva Tünzalə Məmməd qızı - b/m
2.    Quliyeva Səkinəxanım Ağasəlim qızı - kiçik elmi işçi
3.    Hüseynova İlhamə Hümbət qızı - mühəndis
4.    Həsənova Yeganə Kamil qızı – laborant
5.    Qeyd: Sənaye ekologiyası Elmi tədqiqat laboratoriyasının əməkdaşı Əmirova Ruhəngiz Maqsud qızı 01.03.2022 - ci ildən Ekologiya kafedrasına laborant vəzifəsinə keçirilmişdir.
 
     Ekologiya kafedrasının nəzdində olan Sənaye ekologiyası Elmi tədqiqat laboratoriyasının əməkdaşı olan Babayeva Tünzalə Məmməd qızı – “Sumqayıt sənaye zonası torpaqlarında ağır metalların yayılması, onun təsirinin inaktivləşdirilməsi və münbitliyinin bərpası yolları” mövzusunda açıq müdafiə etmişdir. Hüseynova İlhamə Hümbət qızı isə “Alkil fenolların sintezi və xlorid turşusu məhlulunda xlorlaşdırılması” mövzusunda dissertasiya işi ilə hal-hazırda məşğul olur.                
    Eyni zamanda laboratoriya əməkdaşlarının müxtəlif illərdə nüfuzlu jurnallarda tezis və məqalələri çap olunmuşdur. Laboratoriyanın əməkdaşlarının respublika və beynəlxalq konfranslarda elmi istiqamətləri üzrə iştirakları, elmi nəticələrin tədris prosesinə tətbiqi də həyata keçirilimişdir.
 2018 ci ildə əməkdaşlarımız “Ev şəraitində iqtisadi baxımdan ucuz, ekoloji cəhətdən təbii gübrənin alınması” Startap layihəsi üzrə qalib olmuşdur.
 20.04.2021-ci ildə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzindən İddia sənədinin №-si U 2020 0017 -  “Orqanik gübrənin alınması üçün qurğu”  faydalı modeli əldə etmişdir.
      Həmçinin Ekologiya kafedrasının nəzdində olan Sənaye ekologiyası Elmi tədqiqat laboratoriyasının əməkdaşları 2015-2020 ci illərdə Sumqayıt sənaye müəssisələrinin ətraf mühitiə mənfi təsirini araşdırmış, onlarla mübarizə yollarını öyrənmiş və fitomeliorasiyanın əhəmiyyətini tədqiq etmişdir.
2021-2025-ci illər üçün Ekologiya kafedrasının nəzdində olan Sənaye ekologiyası Elmi tədqiqat laboratoriyasının Elmi-tədqiqat işlərinin Planı aşağıda göstərilmişdir.
 
 
Mövzu: Sumqayıt sənaye zonası torpaqlarının münbitliyinin bərpası yolları
 
s/s
2021-2025-ci illərdə yerinə
yetiriləcək işlər
İşin görülmə müddəti
Elmi rəhbər, icraçılar
Qeyd
 
1
2
3
4
5
1
Abşeron yarımadasının təbii coğrafi şəraitinin səciyyəsi
2021
Elmi tədqiqat laboratoriyasının əməkdaşları:
Babayeva T.M b/m,
Quliyeva S. A k.e.i, Hüseynova İ. H. Mühəndis, 
Həsənova Y.K.laborantt Əmirova R.M.laborant
 
2
 Təcrübə sahəsi torpaqlarının aqrokimyəvi və fiziki-kimyəvi xassələri. Sumqayıt sənaye müəssisələrinin çirklənmiş torpaqlarının ekologiyası və morfogenetik göstəricilərinin səciyyəsi 
2022
Elmi tədqiqat laboratoriyasının əməkdaşları:
Babayeva T.M b/m,
Quliyeva S. A k.e.i, Hüseynova İ. H. mühəndis,
Həsənova Y.K.laborantt
 
3
 Sumqayıt sənaye zonası torpaqlarının münbitliyinin sıradan çıxma səbəbləri
2023
 
 
4
Münbitliyi pozulmuş boz-qonur torpaqların meliorasiyası
Mikroorqanizmlər və torpaqların münbitliyi
2024
 
 
5
Torpaqların sağlamlaşdırılmasında üzvü və mineral gübrələrin tətbiqinin iqtisadi səmərəliliyi
2025
 
 
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az