İqtisadi məsələlər üzrə prorektor.
Hacıyev Naib İsmixan oğlu 24.08.1973-cü ildə Ermənistan Respublikasının Amasiya rayonunda, qulluqçu ailəsində anadan olmuşdur. 1980-ci ildə Amasiya rayonunda orta məktəbə getmişdir.
1988-ci ildə Ermənistan Respublikasının Amasiya rayonundan Sumqayıt şəhərinə köçməyi ilə əlaqədar orta təhsilini Sumqayıt şəhər 3 saylı orta məktəbində davam etdirmiş və 1990-cı ildə həmin orta məktəbi bitirmişdir.
1991-1996-cı illərdə Azərbaycan Sənaye İnstitutunda ( indiki Sumqayıt Dövlət Universitetində) təhsil almışdır.
1996-1998-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur.
2000-2005-ci illərdə Sumqayıt Dövlət Universitetinin Məlumat Hesablama Mərkəzinin texniki təminat şöbəsinin müdiri vəzifəsində çalışmışdır.
2001-ci ildən Sumqayıt Dövlət Universitetinin Elektromexanika kafedrasında assistent kimi pedaqoji fəaliyyətə başlamışdır. Hal-hazırda həmin kafedrada elmi pedaqoji fəaliyyətlə məşğuldur.
2005-2014-cü illərdə Sumqayıt Dövlət Universitetində xüsusi şöbənin müdiri işləmişdir.
Hal-hazırda Sumqayıt Dövlət Universitetində İqtisadi məsələlər üzrə prorektor vəzifəsində çalışır.
Ailəlidir. 2 övladı var.
Yeni Azərbaycan Partiyasının üzvüdür.