Əsas səhifə | Xəbərlər | Respublika günü qeyd olundu
Respublika günü qeyd olundu

“Azərbaycan Xalq Cümhuriyyətinin yaranması bizim vaxtilə itirilmiş dövlətçiliyimizi bərpa etdi. Eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın tarixində ilk dəfə demokratik prinsiplər əsasında müstəqil Azərbaycan dövlətinin, hökümətinin yaranmasının əsasını qoydu. Buna görə... Azərbaycan Xalq Cümhuriyyətinin qısa bir zamanda gördüyü işlər yüksək qiymətləndirilir. Ümudvaram ki, bu dövr Azərbaycan tarixində parlaq səhifələr kimi daim yaşayacaq və gələcək nəsillər də ilk Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə yüksək qiymət verəcəklər”.
Ümummilli lider Heydər Əliyev
Mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 96 ili tamam olur. Bu şanlı tarixi hadisə ilə bağlı mayın 27-də Sumqayıt Dövlət Universitetində də  bayram tədbiri keçirildi. Əvvəlcə  Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Sonra ADR-in fəaliyyətini əks etdirən sənədli film nümayiş olundu.
Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərsə də, sonrakı nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi əbəbi yer tutmuşdu. 1918-ci il mayın 28-də müsəlman şərqində ilk Demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti  23 aylıq ömrü ərzində bir cox sahələrdə həyata kecirdiyi islahatlarla Azərbaycan tarixində mühüm bir mərhələnin əsasını qoydu. O,demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, hərbi quruculuq sahəsində atdığı əhəmiyyətli addımlarla  xalqımızın tarixində silinməz iz buraxmış, milli dövlətçilik ənənələrinin bərpası işində böyük rol oynamışdır. Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində Cümhuriyyətə rəhbərlik etmiş şəxslərin - Məmməd Əmin Rəsulzadənin, Əlimərdan bəy Topçubaşovun, Fətəli xan Xoyskinin, Həsən bəy Ağayevin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlınskinin böyük xidmətləri olmuşdur.
Xalq Cümhuriyyəti mövcud olduğu dövrdə xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirdi və onu gələcəyə miras qoydu. O miras ki, düz 70 illik əsarətdən sonra yenidən doğdu. XX əsrin 90-cı illərində Azərbaycan da daxil olmaqla bütün ittifaq respublikalarında başlanan və Sovetlər Birliyinin dağılması ilə nəticələnən milli azadlıq hərəkatı ilə Azərbaycan ikinci dəfə öz müstəqilliyinə qovuşdu. Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətini yaratdı, gərgin əməyi sayəsində müstəqilliyimiz əbədi, dönməz və sarsılmaz oldu.
Azərbaycan Demokratik Respublikasının yaranmasının 96-cı ildönümünə həsr olunmuş bayram tədbiri tələbələrin ifasında maraqlı konsert proqramı ilə yekunlaşdı.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az